Gəncə şəhər Nizami rayon polis şöbəsinin əməkdaşları tərəfindən 05 iyul 2021-ci il tarixdə “Xaş-xaş 2021” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində Gəncə şəhəri, Totanlı küçəsi, "Gəncə" çayının sağ sahili ərazisində 2 ha boş sahədən 4021 ədəd, ümumi çəkisi 1306 kq olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.