24 avqust 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupununbirgə təşkilatçılığı ilə “Narkotik vasitələrin insan orqanizminə təsiri” mövzusunda Gənclərin İnkişafı və Karyera Mərkəzinin Qobustan, Siyəzən, İsmayıllı, Bərdə, Qax və Qazax Nümayəndəliklərinin əməkdaşları, üzvləri, o cümlədən könüllüləri üçün videokonfrans formatında seminar keçirilib.
Görüşdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Nadir Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri Hafiz Namazov və Tural Hüseynzadə, Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri Raqif Allahverdiyev çıxış edərək ölkəmizdə narkomanlığa qarşı mübarizənin gücləndirilməsindən, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsullarından və zərərli vərdişlərin insan orqanizminə vurduğu zərərlərin acı fəsadları barədə geniş danışmış, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.