“Narkomaniyaya qarşı mübarizə və vətəndaş cəmiyyəti” mövzusunda videokonfrans formatında tədbir keçirilib

    2021-ci il sentyabr 17-də İctimai Nəzarət Mərkəzinin təşəbbüsü ilə “Narkomaniyaya qarşı mübarizə və vətəndaş cəmiyyəti” mövzusunda videokonfrans formatında görüş keçirilmişdir.

   Videokonfrasda Dövlət Komissiyasının üzvü, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası işçı qrupunun, şəhər və rayon icra hakimiyyətlərinin nümayəndələri, o cümlədən bir sıra qeyri hökümət təşkilatlarının sədrləri iştirak ediblər.

   Tədbirdə ölkədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirlərinin təşkilində dövlətin rolu, bu sahəni tənzimləyən  qanunvericilik aktları, Dövlət Proqramında dövlət orqanları və qeyri hökumət təşkilatları qaşısında qoyulan vəzifələr, aidiyyəti qurumlar tərəfindən bu sahədə əldə olunan nəticələr,  qeyri hökümət təşkilatrları ilə birgə əməkdaşlıq çərçivəsində görülməli olan işlər barədə ətrafli məlumat verilmişdir.

   Eyni zamanda mübarizə tədbirlərinin nəticələri müzakirə edilərək, müalicənin səmərəliliyinin artırılması, ictimai maarifləndirmə tədbirlərinin əhatəsinin genişləndirilməsi istiqamətində və qeyd olunan istiqamətlərdə vətəndaş cəmiyyəti institutlarının iştirakının əhəmiyyətinə dair müvafiq təkliflər verilmişdir.




Baxılıb: 778