Şəhər və rayonlarda narkomanlıq probleminə dair treninqlər keçiriləcək

   Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Əhmədovun müvafiq göstərişinə əsasən karantin rejiminə dair mövcud qaydalara və metodiki göstərişlərin tələblərinə uyğun olaraq, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə cari iilin oktyabr ayı ərzində respublikanın Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax, Abşeron, Quba, Xacmaz, Siyəzən, Şabran, Xızı, Şirvan, Salyan, Hacıqabul, Astara, Cəlilabad, Lənkəran şəhər və rayonlarının ümumitəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, məktəb psixoloqları,valideyn komitəsi sədrləri üçün aidiyyəti qurumların mütəxəssislərinin xüsusi təqdimatları ilə narkomanlıq probleminə dair təlim və treninqlərin keçirilməsi nəzərdə tutulur.

    Tədbirlər “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.18, 4.4.26-cı bəndlərinin və Dövlət Komissiyasının müvafiq qərarlarının icrasını təmin etmək məqsədilə həyata keçirilir.

   Eyni zamanda qeyd olunan şəhər və rayonlar üzrə müvafiq komissiyaların üzvləri ilə görüşlərin keçirilməsi, müzakirələrin aparılması və onlara metodiki köməkliyin göstərilməsi və zəruri təbliğat materiallarının təqdim olunması planlaşdırılmışdır.




Baxılıb: 700