Növbəti treninq və tədbirlər Şabran və Xaçmaz rayonlarında təşkil olunub.

       “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.18, 4.4.26-cı bəndlərinin icrası ilə əlaqədar Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə aidiyyəti qurumların nüməyəndələrinin iştirakı ilə cari ilin 05 oktyabr tarixində Şabran və Xaçmaz rayonlarında tədbirlər təşkil edilmişdir.

    Tədbirlərdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları çıxış edərək ölkəmizdə narkomanlığa qarşı mübarizənin gücləndirilməsindən, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılmasının əhəmiyyətindən, narkotik vasitələrin cəmiyyətin mənəvi və intellektual potensialının aşınmasına təsir imkanlarından, genefondun tənəzzülü və digər mənfi hallara gətirib çıxarılmasından danışıldı. İlk öncə rayon üzrə müvafiq komissiyaların üzvləri ilə görüş keçirilmiş, müzakirələr aparılmış, onlara metodiki köməklik  göstərilmiş və zəruri əyani təbliğat materialları ilə təmin olunmuşdurlar.

      Bundan əlavə ümumitəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, məktəb psixoloqları, valideyn komitəsi sədrləri üçün aidiyyəti qurumların mütəxəssislərinin xüsusi təqdimatları ilə narkomanlıq probleminə dair treninq keçirilmişdir. Bununla yanaşı, tədbir iştirakçılarını maraqlandıran suallar  ətrafında geniş diskussiyalar aparılmış və onlara zəruri təbliğat materialları (eyni zamanda elektron informasiya daşıyıcısında) paylanılmışdır.    

         Sonda treninqlərdə iştirak edənlərə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış sertifikatlar verilmişdir.      

 




Baxılıb: 661