Ağdaş rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2021” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq 18 sentyabr 2021-ci tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Orta Ləki kəndi ərazisindən keçən, Bakı-Tiblisi Ceyhan kəmərinin 193-cü kilometirliyində, xüsusi mühafizə zonasının ərazisində, yabanı halda bitmiş 430 ədəd, ümumi çəkisi 880 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.