Yasamal rayonunda narkomanlıq probleminə dair treniq keçirilmişdir.

    Oktyabr ayının 20-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu ilə  Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə cari ildə birgə imzalanmış Tədbirlər Planın müvafiq bəndinin icra edilməsi məqsədilə Yasamal rayonunun ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri və  məktəb psixoloqlarına narkomanlıq probleminə dair treninq keçirilmişdir.

  Sonda tədbir iştirakçılarını maraqlandıran suallar  ətrafında geniş diskussiyalar aparılmış və onlara metodiki kömək göstərilərək, zəruri əyani təbliğat materialları ilə təmin edilmişlər.  

    Treninqdə iştirak edən iştirakçılara Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanan sertifikatlar verilmişdir.




Baxılıb: 702