Narkomanlıq probleminə dair növbəti treninq Nəsimi rayonunda keçirilmişdir.

    Cari ilin oktyabr ayının 22-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu ilə  Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə imzalanmış Tədbirlər Planın müvafiq bəndinin icra edilməsi məqsədilə Nəsimi  rayonunun ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri və  məktəb psixoloqlarına narkomanlıq probleminə dair treninq keçirilmişdir.

     Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri iştirak edərək təqdimat əsasında narkotik vasitələrin  insan orqaniziminə törətdiyə faciələr, narkotik istifadəçilərin davranış əlamətləri, narkotik asılılıq və onun psixoloji səbəblər və digər məsələr barədə  geniş məlumatlar verilmişlər.

     Treninqdə iştirak edən iştirakçılara Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanan sertifikatlar və zəruri təbliğat materialları verilmişdir.




Baxılıb: 634