3 saylı Bakı “ASAN xidmət” mərkəzində təlim keçirilib.

    3 saylı Bakı “ASAN xidmət” mərkəzi və Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə  təşkilatçılığı ilə Asan könüllüləri arasında “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” adlı təlim keçirilmişdir.

   Təlimdə narkomanlığa qarşı mübarizənin gücləndirilməsindən, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsullarından və zərərli vərdişlərin insan orqanizminə vurduğu zərərlərin acı fəsadları barədə geniş məlumat verilmiş, iştirakçıları maraqlandıran suallar ətrafında  diskussiya aparılmışdır. Eyni zamanda tədbir iştirakçıları zəruri təbliğat materialları ilə təmin olunmuşdurlar.

    Görülən işlərin davamlılığını təmin etmək məqsədi ilə bu kimi təlimlərin digər Asan könüllülər arasında keçirilməsi nəzərdə tutulur.




Baxılıb: 929