Növbəti tədbir və treninq Ucar rayonunda təşkil olundu.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində Cari ilin 25 oktyabr tarixində Ucar rayonunda tədbirlər keçirilmişdir.

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirak etdiyi tədbirdə rayon üzrə müvafiq komissiyanın üzvləri ilə müzakirələr aparılıb, onlara metodiki köməklik göstərilərək, elektron daşıyıcılarda təbliğat materialları ilə təmin olunublar.

Bundan əlavə, “Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər” mövzusunda ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, məktəb psixoloqları, valideyn komitəsi sədrləri üçün  narkomanlıq probleminə dair treninq keçirilib.

Treninqdə iştirak edən tədbir iştirakçılarına Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanan sertifikatlar  və zəruri əyani vəsaitlər verilib.




Baxılıb: 790