Ağsu rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərı müzakirə olunub

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində Ağsu rayonunda tədbirlər keçirilib.

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin,Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin,Səhiyyə Nazirliyi Mingəcevir şəhər Narkoloji Dispanserinin nümayəndələrinin iştirak etdikləri tədbirdə rayon üzrə müvafiq komissiyanın üzvləri ilə müzakirələr aparılıb, onlara metodiki kömək göstərilərək, elektron daşıyıcılarda təbliğat materialları ilə təmin olunublar.

Bundan əlavə, “Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər” mövzusunda ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, məktəb psixoloqları, valideyn komitəsi sədrləri üçün narkomanlıq probleminə dair treninq keçirilib.

Treninqdə iştirakçılara Dövlət Komissiyasının İşçi Qrupunun hazırladığı sertifikatlar və zəruri əyani vəsaitlər verilib.




Baxılıb: 907