Şəki şəhərində narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə tədbir və treninq keçirilib

  Carı ilin 4 noyabr tarixində Şəki şəhərində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində tədbir keçirilib.

  Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Səhiyyə Nazirliyi Narkoloji Dispanserinin nümayəndələrinin iştirak etdikləri tədbirdə  şəhər üzrə müvafiq komissiyanın üzvləri ilə müzakirələr aparılıb, onlara metodiki kömək göstərilərək zəruri təbliğat materialları ilə təmin olunublar.

  Bundan əlavə, “Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər” mövzusunda ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, məktəb psixoloqları, valideyn komitəsi sədrləri üçün narkomanlıq probleminə dair treninq keçirilib.

   Treninqlərdə iştirak edən tədbir iştirakçılarına İşçi Qrupunun hazırladığı sertifikatlar və əyani təbliğat materialları verilib.

 

 

 




Baxılıb: 605