Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək məqsədi ilə metodik vəsait hazırlanıb

   Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçünDövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyyələr” adlı kitabça nəşr olunmuşdur.

   Metodik vəsaitdə psixoaktiv maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri, profilaktik tədbirlərə dair fəaliyyət planı, narkotik vasitələrin qəbuluna şübhə yarandığı halda ekspress-diaqnostika və digər zəruri məlumatlar öz əksini tapıb.

 




Baxılıb: 124