Suraxanı rayonunda narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə növbəti treninq təşkil edilib

   Cari ilin dekabr ayının 01-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə imzalanmış Tədbirlər Planın müvafiq bəndinin icra edilməsi məqsədilə Suraxanı rayonunun ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri və məktəb psixoloqlarına narkomanlıq probleminə dair treninq keçirilmişdir.

   Treninqdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun nümayəndəsi iştirak edərək təqdimat əsasında narkotik asıllığın yaranma səbəbləri, narkotik maddələrdən psixi və fiziki asıllıq, davranışlarda baş verən dəyişikliklər, narkomaniyaya qarşı mübarizədə pedoqoqun və fənn müəlliminin, psixloqların bu probləmə dair qabaqlayıcı tədbirlərin görülməsi və digər məsələr barədə geniş məlumat vermişdir.

     Treninqdə iştirak edənlərə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanan sertifikatlar eyni zamanda psixoaktiv maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, profilaktik tədbirlərə dair fəaliyyət planı və digər zəruri məlumatları özündə əks etdirən metodik tövsiyələrə dair kitabça təqdim edilmişdir.




Baxılıb: 143