Dövlət Sərhəd Xidməti tərəfindən "Xaş-xaş 2021" şərti altında tədbirlər həyata keçirilmişdir.

   "Xaş-xaş 2021" şərti adı altında Dövlət Sərhəd Xidməti tərəfindən cari ilin aprel-oktyabr ayları ərzində  Lerik, Qazax, Yardımlı, Astara, Ağstafa, Balakən, Zaqatala və Qubadlı rayonlarının sərhədyanı ərazisində keçirilmiş tədbirlər nəticəsində 18,7 hektar sahədən yabanı halda bitən 2688 kq xaş-xaş (15669 ədəd) və 13980 kq çətənə kolları (42046 ədəd) müvafiq qaydada məhv edilmişdir. Narkoxassəli bitkilərin aşkarlanması və məhv olunması prosesləri yerli icra nümayəndəliyinin və hüquq-mühafizə orqanlarının iştirakı ilə həyata keçirilmişdir.




Baxılıb: 1045