“Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər” mövzusunda Nizami rayonunda treninq keçirilib

  Cari ilin dekabrın 8-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə imzalanmış Tədbirlər Planına müvafiq olaraq, Bakı şəhəri Nizami rayonunun ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri və məktəb psixoloqlarına narkomanlıq probleminə dair treninq keçirilmişdir.

“Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər” mövzusunda keçirilən treninqdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun, Azərbaycan Milli Antidopinq Agentliyinin nümayəndələri xüsusi təqdimatlarla çıxış edərək, dinləyicilərə psixoaktiv maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri, profilaktik tədbirlərə dair fəaliyyət planı, narkotik vasitələrin qəbuluna şübhə yarandığı halda ekspress-diaqnostikanın aparılması barədə zəruri məlumatlar verilmişdir.

 Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış sertifikatlar və “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyyələr” adlı kitabça iştirakçılara təqdim edilmişdir.




Baxılıb: 886