Bakı Avrasiya Universitetində “Narkomanlığa qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib

    “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və  narkomanlığa qarşı mübarizəyə  dair  2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.17-ci bəndinə müvafiq olaraq, cari ilin 09 dekabr tarixində Dövlət Komissiyasının İşçi Qrupunun və Bakı Avrasiya Universitetinin birgə təşkilatçılığı ilə “Narkomanlığa qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirmə xarakterli tədbir keçirilmişdir.

    Tədbirdə Bakı Avrasiya Universitetinin prorektoru, Dövlət Komissiyasının üzvü və Milli QHT Forumunun prezidenti, Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Azərbaycan Milli Antidopinq Agentliyinin və Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin nümayəndələri mövzu ərafında çıxış edərək, tələbələrə narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə zəruri məlumatlar verilmişdir.

   Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyyələr” adlı kitabça və zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.

 




Baxılıb: 680