Nərimanov rayonunda “Narkomaniyaya Yox Sağlam Həyat tərzi” mövzusunda tədbir keçirilmişdir

   "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"na müvafiq olaraq Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Nərimanov  rayon İcra Hakimiyyətinin birgə  təşkilatçılığı ilə carı ilin 09 dekabr tarixində  Nərimanov rayon 34 saylı tam orta məktəbində maarifləndirmə tədbiri keçirilmişdir.

   Tədbirdə Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini, Dövlət Komissiyasının İşçi Qrupunun, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin,Azərbaycan Milli Antidopinq Agentliyinin, Səhiyyə Nazirliyinin Bakı şəhər üzrə Narkoloji Mərkəzin nümayəndələri iştirak edərək mövzu ətrafında çıxış etmişlər.

      Çıxışlarda narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr və sair barədə ətraflı məlumatlar verilmiş, şagirdləri maraqlandıran suallar  ətrafında geniş diskussiyalar aparılmışdır.

     Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyyələr” adlı kitabça və zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.




Baxılıb: 717