Cari ilin 13 dekabr tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və Suraxanı Gənclər evinin birgə təşkilatçılığı ilə “Gələcəyimizi birlikdə düşünək, narkotik vasitələrə yox deyək” mövzusunda maarifləndirmə xarakterli tədbir keçirilmişdir.
Tədbirdə Suraxanı rayon Polis İdarəsinin rəisi, Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Azərbaycan Milli Antidopinq Agentliyinin nümayəndələri mövzu ərafında çıxış edərək, gənclərə narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə zəruri məlumatlar verilmişdir.
Bundan əlavə, tədbirin ikinci hissəsində “Narkotik asılılıq və onun fəsadları” mövzusunda iştirakçılara təlim keçirilib.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.