Nardaran qəsəbəsində narkomaniyaya qarşı mübarizə ilə bağlı maarifləndirmə tədbiri keçirilmişdir

   Dekabrın 14-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Naradaran qəsəbəsi 295 saylı tam orta məktəbdə maarifləndirmə tədbiri keçirilib.

    Əvvəlcə şagirdlərin iştirakı ilə narkomaniyanın doğurduğu faciələrdən bəhs edən səhnəçik nümayiş olundu.

   Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Sabunçu rayon Polis İdarəsinin,  Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin nümayəndələri iştirak edərək mövzu ətrafında çıxış ediblər.

   Məruzəçilər tədbir iştirakçılarına narkotik vasitələrin insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri və asudə vaxtın səmərəli təşkilinin, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmanın vacibliyi xüsusilə vurğulanıb və digər məsələlər barədə zəruri tövsiyələr verilib.

   Tədbirdə şagirdlərin narkotik asılılıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı sualları cavablandırılıb.

   Eyni zamanda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılar arasında paylanılıb.




Baxılıb: 1039