Azərbaycan Dövlət Pedaqoji Universitetində maarifləndirmə tədbiri keçirilmişdir

 Carı ilin 21 dekabr tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"na müvafiq olaraq Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Səbail rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Narkomanlığa qarşı mübarizədə gənclərin rolu" mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

  Tədbirdə, Səbail rayon İcra Hakimiyyəti başçısının I müavini, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti, Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini, DİN-Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, Bakı şəhəri üzrə Narkoloji Mərkəzinin həkim narkoloqu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru iştirak edərək mövzu ətrafında çıxış etmişlər.

  Çıxışlarda narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin  insan orqaniziminə məhvedici təsirləri, o cümlədən gənclərin asudə vaxtın səmərəli təşkil olunması barədə ətraflı məlumatlar verilmişdir. Daha sonra tələbələri maraqlandıran suallar  ətrafında geniş diskussiyalar aparılmışdır.

   Sonda müəllim heyyətinə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyyələr” adlı kitabça, tələbələrə isə zəruri təbliğat materialları təqdim edilmişdir.




Baxılıb: 970