Müdafiə Nazirliyinin təşkilatçılığı ilə cari ilin 21 dekabr tarixində Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində birlik, birləşmə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri, qoşun növləri və qisimləri , eləcə də əlahiddə hərbi bölmələrin şəxsi heyətlə iş üzrə komandir müavinləri və psixoloqlar üçün keçirilən təlim-metodiki toplantıda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri “Narkotik asılılıq və onun psixoloji səbəbləri” mövzusunda təqdimatla çıxış etmişdir.
Eyni zamanda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyyələr” adlı kitabça iştirakçılar arasında paylanılması üçün təqdim edilmişdir.