Şamaxı rayonunda“Narkomaniyaya yox deyək”mövzusunda tədbir keçirilmişdir.

   Carı ilin 25  dekabr tarixində “Şamaxı Dövlət Regional Kollecində” Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"na müvafiq olaraq Şamaxı rayon İcra Hakimiyyəti, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilmişdir.

    Əvvəlcə, rayon üzrə müvafiq komissiyanın üzvləri ilə müzakirələr aparılımış, qarşıya qoyulmuş vəzifələrin  daha da səmərəli icra olunması üçün lazımi tövsiyələr verilmişdir.

    Tədbirdə, Şamaxı İcra Hakimiyyəti  başçısının birinci müavini, Dövlət Komissiyasının İşçi Qrupunun, o cümlədən rayon təhsil şöbəsinin, gənclər və idman idarəsinin, həkim narkoluq və polis şöbəsinin  nümayəndələr də iştirak edərək mövzu ətrafında çıxış etmişlər.

   Çıxışlarda narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq,psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin  insan orqaniziminə məhvedici təsirləri, o cümlədən yeniyetmələrin  asudə vaxtın səmərəli təşkil olunmasıbarədə ətraflı məlumatlar verilmişdir. Daha sonra  tələbələri  maraqlandıran suallar  ətrafında geniş diskussiyalar aparılmışdır. Həmçinin, “Şamaşı Dövlət Regional Kollecində” təhsil alan tələbələrin valdeyinləri ilə görüş təşkil edilmiş, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunda yaradılmış “802” qaynar xətt barədə məlumat verilmişdir.

    Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları  iştirakçılara təqdim edilmişdir.




Baxılıb: 1021