Ümumitəhsil məktəblərində anti-narkotik təbliğat işinin gücləndirilməsinə dair tədbirlər planı hazırlanıb

   Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Əhmədovun anti-narkotik təbliğatın daha da gücləndirilməsi və genişləndirilməsinə dair müvafiq tapşırıq və göstərişlərinə əsasən, təhsil müəssisələrində maarifləndirmə işinin təşkili məqsədi ilə Dövlət Komissiyasının daimi fəaliyyət  göstərən İşçi Qrupunun təşəbbüsü ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə 2022-ci ilə dair birgə Tədbirlər Planı imzalanmışdır.

   Tədbirlər Planı çərçivəsində məktəb psixoloqları üçün təlimlərin, uşaq birliyi rəhbərləri, valideyn komitəsi sədrləri, məktəb-valideyn icmasının üzvləri, müəllimləri üçün seminar-məşğələlərin, şagirdlərin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə profilaktik tədbirlərin keçirilməsi, habelə maarifləndirmə funksiyasını yerinə yetirən Bakı Uşaq və Gənclər Teatrının səhnələşdirdiyi “Həyatla oyun” tamaşasının canlı ifada ümumitəhsil məktəblərində nümayişi planlaşdırılmışdır. 

   Eyni zamanda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindənhazırlanmış zəruri maarifləndirici çap məhsullarının, metodik vəsaitlərin, sosial lövhələrin təhsil müəssisələrinə təqdim olunması və şagirdlər arasında paylanılması nəzərdə tutulur.




Baxılıb: 1191