Ötən il ərzində “802 qaynar xətt” zəng xidmətinə müraciətlərin sayı artmışdır

“802 qaynar xətt” telefon xidmətinin fəaliyyət istiqamətlərinə dair hazırlanmış sosial lövhələrin, video çarxın metro stansiyalarında, bir sıra küçə və prospektlərdə, ticarət mərkəzlərində, o cümlədən televiziya kanalları vasitəsilə mütəmadi olaraq yayımlanmasından sonra ötən il üzrə daxil olan vətəndaş müraciətlərinin sayında artım müşahidə olunmuşdur .

Ötən il ərzində qaynar xətt zəng xidmətinə 1130 müraciət daxil olmuşdur ki, onların 204-ü narkotik  vasitələrin  qanunsuz  dövriyyəsi,  359-u  narkotik  asılılıqdan müalicə, 567-si isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə və Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə ümumilikdə 563 məktub ünvanlanmışdır.

Beləliklə, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədi ilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdar narkotik vasitələr götürülmüş,  narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.




Baxılıb: 1142