Narkomanlığın zərəri ilə bağlı teatr tamaşası nümayiş olundu

    Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi arasında 2022-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına müvafiq olaraq, cari ilin 17 fevral tarixində 1 nömrəli tam orta məktəbdə Bakı Uşaq və Gənclər Teatrının real hadisələrə əsaslanarаq səhnələşdirdiyi “Həyatla oyun” maarifləndirici teatr tamaşası canlı ifada nümayiş olunmuşdur.

   Tamaşanın əsas məqsədi bəşəriyyətin ən böyük problemlərindən biri olan narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə çağırış və yeni metodlar vasitəsilə narkotik asılılıq probleminə dair məlumatlandırma işi aparmaqdır. Maarifləndirmə funksiyasını yerinə yetirən tamaşa narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında aydın təsəvvür yaradır. Tamaşanın nümayişi sağlam həyat tərzinin təbliği və narkomanlığın zərəri ilə bağlı cox təsirli təbliğat vasitəsidir.

    Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materiallarının iştirakçılar arasında paylanılması təşkil edilmişdir.




Baxılıb: 873