Narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə şəhər və rayonlar üzrə statistik məlumatlara dair interaktiv xəritə hazırlanmışdır.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi barədə şəhər və rayonlar üzrə ayrı-ayrılıqda əldə olunan statistik məlumatlara dair interaktiv xəritə hazırlanmış və fəaliyyətinə dair maddi-texniki baza yaradılmışdır.

İnteraktiv xəritədə aidiyyəti dövlət qurumlarının təqdim etdiyi statistik göstəricilər əsasında respublikanın şəhər və rayonları üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsi və tərkibində narkotik maddə olan bitkilərin kultivasiya edilməsi ilə bağlı qeydə alınan cinayət faktları (satış, saxlama, əkin, digər), həmin faktlar üzrə qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin növü, miqdarı, narkotiklərlə bağlı məsuliyyəti cəlb edilən şəxslər, o cümlədən azyaşlılar və narkotik istifadəçiləri barədə rüb və illər üzrə müqayisəli məlumatlar öz əksini tapmışdır.




Baxılıb: 1349