Qəbələ rayonunda maarifləndirmə tədbiri keçirilib

   "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və  narkomanlığa qarşı mübarizəyə  dair  2019-2024-cü illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.17-ci bəndinə müvafiq olaraq, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Qəbələ rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə  carı ilin 10 mart Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində  "Narkotik və psixotrop maddələr haqqında həqiqəti öyrənək" mövzusunda maarifləndirmə xarakterli tədbir keçirilmişdir.

  Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşı mövzu ərafında çıxış edərək, tələbələrə narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə zəruri məlumatlar vermişdir.

  Sonda tələbələri maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmış və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər Haqqında Həqiqəti Bilin”, “Marixuana Haqqında Həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.




Baxılıb: 847