Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax nümayəndəliyində seminar keçirilib

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax nümayəndəliyinin birgə təşkilatçılığı ilə Yevlax şəhər Heydər Əliyev Mərkəzində “Antinarkotik təbliğatda könüllülərin rolu” mövzusunda seminar keçirilib.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax şəhərində fəaliyyət göstərən nümayəndəliyinin  mütəxəssis və əməkdaşlarının, könüllülərinin narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı təşkil edilən tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşları mövzu ilə bağlı çıxış edərək, iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri barədə məlumat veriblər.

Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.

 




Baxılıb: 896