Binəqədi rayonunda tədbir keçirilmişdir.

   Carı ilin 15 mart tarixində Binəqədi rayonun Mədəniyyət Evində  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstiyi Agentliyinin dəstəyi ilə “Valideyin Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq İctimai Birliyi” Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübirizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə təşkilatçılığı ilə ”Sağlam həyat sağlam gələcəkdir” lahiyəsi çərçivəsində könüllü aktyorların iştirakı ilə “Külə dönmüş arzular” tamaşasının yeniyetmə və gənclər üçün nümayişi təşkil olunmuşdur.

   Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun, Valideyin Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq İctimai Birliyinin və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

  Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.




Baxılıb: 833