“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.17-ci bəndinə müvafiq olaraq, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Saatlı rayon icra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Saatlı Tibb Kollecində “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda maarifləndirmə xarakterli tədbir keçirilmişdir.
Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndələri mövzu ətrafında çıxış edərək, tələbələrə narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə zəruri məlumatlar verilmişdir.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.