Ağcabədi Pedaqoji Kollecində təlim keçirilmişdir

   Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Ağcabədi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ağcabədi Pedaqojı Kollecində “Mən öz gələcəyimi seçirəm” mövzusunda interaktiv təlim keçirilib.

  Təlimdə narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib,iştirakçıları maraqlandıran suallar ətrafında diskussiya aparılıb. Eyni zamanda, tədbir iştirakçıları zəruri təbliğat materialları ilə təmin olunublar.

 

.

 




Baxılıb: 783