Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və Təhsil Nazirliyi Respublika Uşaq-Gənlər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Narkotik vasitələrdən istifadənin risk amilləri” mövzusunda interaktiv təlim keçirildi.
Təlimdə narkotik asılılıq probleminin spesifik cəhətləri barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə Respublika Uşaq-Gənlər İnkişaf Mərkəzinin “Sağlam həyat tərzi” dərnəklərinin rəhbərlərinə narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, antinarkotik təbliğatın vacibliyi, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında diskussiya aparılıb.
Təlimin sonunda iştirakçılara Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən sertifikat və metodik vəsaitlər təqdim olunub.