Oğuz rayonunda “Narkomanlığa qarşı mübarizə” mövzusunda tədbir keçirilib

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və Oğuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı Oğuz peşə  məktəbində maarifləndirmə tədbiri keçirilmişdir.

  Tədbirdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşları tərəfindən təqdimat əsasında tələbələrə slaydlarla  narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə zəruri məlumat verib. O cümlədən asudə vaxtın səmərəli təşkilinin, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmanın vacibliyi xüsusilə vurğulanmışdır.

  Eyni zamanda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılar arasında paylanılıb.

 




Baxılıb: 651