Sumqayıt şəhərində “Həyatla oyun” tamaşası nümayiş olunub

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu ilə Azərbaycan Gənclər Fondu arasında imzalanmış Tədbirlər Planına müvafiq olaraq, Sumqayıt şəhər İcra Hakimiyyəti ilə birgə əməkdaşlıq çərçivəsində Sumqayıt Dövlət Dram Teatrında “Həyatla oyun” tamaşası nümayiş olunub.

 Gənclər arasında antinarkotik təbliğat işinin daha da təsirli metodlarla təşkili məqsədilə Bakı Uşaq və Gənclər Teatrının aktyorlarının ifasında canlandırılan əsasən maarifləndirmə funksiyasını yerinə yetirən tamaşada narkotik vasitələrdən sui-istifadənin fəsadları, narkotik vasitə istifadəçilərinin həyat tərzi əks olunub. Ssenaridə əsasən kiçik yaşlarında övladlarının təlim-tərbiyəsinə laqeyd qalan valideynlər və uşaqların zərərli vərdişlərə qarşı maarifləndirilməməsi qabardılıb.

 Tamaşa gənclərin marağına səbəb olub və alqışlarla qarşılanıb.




Baxılıb: 654