Abşeron rayonunda tədbir keçirilmişdir.

  Carı ilin 26 aprel tarixində Abşeron rayonu  2 saylı tam orta məktəbdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Miqrasiya Sahəsinin İnkşaf İctimai Birliyi”, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübirizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə təşkilatçılığı ilə “Narkotik vasitələr, zərərli vərdişlər və narkomaniyaya qarşı mübarizəyə dair təlim keçirilmişdir.

    Tədbirdə, Dövlət Komissiyasın İşçi Qrupunun, Miqrasiya Sahəsinin İnkşaf İctimai Birliyinin, Abşeron rayon İcra Hakimiyyətinin və rayon təhsil şöbəsinin nümayəndələri iştirak edərək mövzu ətrafında çıxış etmişlər.

   Təlimdə, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış təqdimat əsasında narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin  insan orqaniziminə məhvedici təsirləri, o cümlədən yeniyetmələrin  asudə vaxtın səmərəli təşkil olunmasıbarədə ətraflı məlumatlar verilmişdir.

   Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları  iştirakçılara təqdim edilmişdir.




Baxılıb: 631