Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 2 ton 402 kiloqram narkotik vasitə məhv edilib

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə cari ilin 05 may tarixində Binəqədi rayonu Bünyad Sərdarov adına maşınqayırma zavodunun ərazisində məhkəmələrin qərarları ilə müsadirə olunmuş 2 ton 402  kiloqram müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorlarının məhv edilməsi prosesi həyata keçirilib.

  Narkotiklərin məhv olunması prosesində Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyasına üzv olan Baş Prokurorluğun, Ali Məhkəmənin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin və Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndələri iştirak ediblər.

  Ümumilikdə 1430 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 973 kq 007 qr heroin,  1 ton 112 kq 241 qr marixuana, 287 kq 357 qr tiryək,30 kq 274 qr həşiş, 446 qr kokain, 64,753 qr və 35647 ədəd həb metadon, 215 kq 254 qr və 6966ədəd həb və 38 kapsul psixotrop maddə, 238,724 qr, 4182  kapsul, 189 konvalyut, 49914 həb, narkotik vasitələr, psixotrop maddələro cümlədən 28697ədəd çətənə bitkisinin aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırma üsulu ilə məhv edilib.




Baxılıb: 757