“802” qaynar xətt zəng xidməti həftənin şənbə günləri fəaliyyətə başlamışdır

  802 qaynar xəttinə daxil olan vətəndaş müraciətlərinin çoxluğunun nəzərə alaraq və eyni zamanda vətəndaş məmnunluğunu təmin etmək məqsədilə cari ilin aprel ayından etibarən qaynar xətt zəng xidməti həftənin şənbə günləri də (saat 9:00-17:00) fəaliyyətə başlamışdır.

  Yanvar-aprel ayları ərzində 802” qaynar xətt telefon zəng xidmətinə 671 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 75-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 269-u narkotik asılılıqdan müalicə, 327-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 347 məktub ünvanlanmışdır.




Baxılıb: 998