2021-ci ilə dair “İllik hesabat” jurnal formasında nəşr edilib

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.1.23-cü bəndinin icrası ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən 2021-ci ilə dair hazırlanmış “İllik hesabat” jurnal formasında nəşr edilib.

  Qeyd olunan hesabatda ötən il Dövlət Proqramının icrasına dair ümumiləşdirilmiş məlumat, hüquq-mühafizə orqanları tərəfindən görülmüş işlər, narkotiklərlə əlaqəli qanun pozuntularının ümumi statistikası, qanunsuz dövriyyədən müsadirə olunan narkotik vasitələrin və psixotrop maddələrin dinamikasını əks etdirən müqayisəli göstəricilər, narkomanlığa qarşı təbliğat və profilaktika işinin təşkili, müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin məhvetmə prosesi, o cümlədən qeyri-hökumət və beynəlxalq təşkilatlarla aparılan iş öz əksini tapıb

 




Baxılıb: 1041