Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə maarifləndirmə məqsədi daşıyan tamaşa nümayiş olunub

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.33-cü bəndinə müvafiq olaraq, Müdafiə Nazirliyi ilə Dövlət Komissiyasının İşçi Qrupunun birgə əməkdaşlığı çərçivəsindəəsasən maarifləndirmə funksiyasını yerinə yetirən “Həyatla oyun” tamaşasının Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə nümayişi təşkil edilib.

  Bakı Uşaq və Gənclər Teatrının aktyorlarının ifasında canlandırılan və əsasən maarifləndirmə məqsədi daşıyan tamaşada narkotik vasitələrdən sui-istifadənin fəsadları, narkotik vasitə istifadəçilərinin həyat tərzi əks olunub. Ssenaridə əsasən, kiçik yaşlarında övladlarının təlim-tərbiyəsinə laqeyd qalan valideynlər və uşaqların zərərli vərdişlərə qarşı maarifləndirilməməsi qabardılıb.

  Tamaşa iştirakçıların marağına səbəb olub və alqışlarla qarşılanıb.

 




Baxılıb: 872