Kürdəmir rayonunda narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə tədbir keçirilib

 Kürdəmir rayon Heydər Əliyev Mərkəzində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində tədbirlər keçirilib.

 Tədbirdən öncə rayon üzrə müvafiq komissiyanın üzvləri ilə görüş keçirilib, müzakirələr aparılıb, onlara metodiki köməklik göstərilməklə yanaşı, zəruri əyani təbliğat materialları təqdim olunub.

 Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Kürdəmir rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Rayon Gənslər və İdman idarəsi, Təhsil Şöbəsi, Polis Şöbəsi, Ağsaqqallar Şurasının nümayəndələri və rayon üzrə müvafiq komissiyanın üzvləri iştirak edib.

 Tədbirdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşı tərəfindən təqdimat əsasında slaydlarla  narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə zəruri məlumat verib.

 Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materiallarının iştirakçılar arasında paylanılması təşkil edilmişdir.




Baxılıb: 237