Yevlax rayonunda maarifləndirmə xarakterli tədbir təşkil olunub.

 “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində Yevlax rayonunda maarifləndirmə xarakterli tədbir təşkil olunub

 Tədbirdən öncə rayon üzrə müvafiq komissiyanın üzvləri ilə görüş vətəşkilatı tədbirkeçirilib, müzakirələr aparılıb, onlara metodiki köməklik göstərilməklə yanaşı, zəruri əyani təbliğat materialları təqdim olunub.

  Yuxarı sinif şagirdləri, məktəb psixoloqları və müəllim kollektivi ilə keçirilən tədbirdə  rayon  Prokuroru,  Təhsil  və  Polis  Şöbəsinin  əməkdaşları, Gənclər İdman baş İdarəsinin rəisi, həkim narkoloq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri həmçinin rayon üzrə yerli komissiyanın üzvləri iştirak edib.

  Məruzəçilər tədbir iştirakçılarına narkomaniyanın insanların həyat və sağlamlığına,  mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib.

  Tədbirdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşı tərəfindən təqdimat əsasında slaydlarla  narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə zəruri məlumat verib.

  Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılara təqdim olunub.




Baxılıb: 527