Ağdaş rayonunda narkomanlıq probleminə dair tədbir keçirilmişdir.

  Carı ilin 20 may tarixində  Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Ağdaş rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə narkomanlıq probleminə dair tədbir keçirilmişdir.

  Tədbirdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşı Rayon Gənslər və İdman idarəsi, Təhsil Şöbəsi, Polis Şöbəsi, Ağsaqqallar Şurasının nümayəndələri və rayon üzrə müvafiq komissiyanın üzvləri iştirak edib.

  Çıxışçılar tərəfindən təqdimat əsasında slaydlarla  narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə zəruri məlumat verib.

 Tədbirdən sonra rayon üzrə müvafiq komissiyanın üzvləri ilə görüş və təşkilatı tədbir keçirilib, müzakirələr aparılıb, onlara metodiki köməklik göstərilməklə yanaşı, zəruri əyani təbliğat materialları təqdim olunub.

  Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılıb. Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materiallarının iştirakçılar arasında paylanılması təşkil edilmişdir.




Baxılıb: 789