Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində narkomaniyanın fəsadlarına dair maarifləndirmə tədbiri keçirilib

  Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu arasında təsdiq olunmuş Tədbirlər Planının icrası çərçivəsində mayın 24-də 15 saylı cəzaçəkmə müəssisəsində məhkumlar üçün “Narkotik vasitələrin, həmçinin narkomanlığın insanların sağlamlığına, insan orqanizminə məhvedici təsiri və cəmiyyətə ziyanı” mövzusunda tədbir keçirilib.

  Tədbirdə narkotik vasitələrin və narkomanlığın ailədə, cəmiyyətdə və insan sağlamlığında doğurduğu mənfi hallar, həyata keçirilən dövlət siyasəti və maarifləndirmə işləri barədə mühazirələr oxunub, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə tövsiyələr verib, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması yolları haqqında məlumatlar verilib.

  Sonda məhkumları maraqlandıran suallar cavablandırılıb və Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılar arasında paylanıb.

 




Baxılıb: 839