Narkomanlığa qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair Tədbirlər Planı təsdiqlənib

 Gənclər arasında antinarkotik təbliğat işinin daha da gücləndirilməsi, maarifləndirmə tədbirlərinin sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsi məqsədilə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti,Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında 2022-ci ilə dair birgə Tədbirlər Planı imzalanıb.

 Tədbirlər Planı çərçivəsində narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədilə təlimçilərin hazırlanması, bu istiqamətdə dəyirmi masaların, fləşmobların, müxtəlif həştaqlarla sosial aksiyaların, müxtəlif idman növləri üzrə turnirlərin və yarışların, mədəni-kütləvi tədbirlərin və rəsm sərgilərinin keçirilməsi və tədbirlərin televiziyada işıqlandırılması nəzərdə tutulur.

 




Baxılıb: 784