"Gələcəyimiz naminə, narkomaniyaya yox deyək!" adlı Armrestlinq idman növü üzrə açıq çempionat keçiriləcək.

   Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin 2022-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və Azərbaycan Qol Güləşi Federasiyasının birgə təşkilatçılığı ilə "Gələcəyimiz naminə, narkomaniyaya yox deyək!" adlı Armrestlinq idman növü üzrə açıq çempionat keçiriləcək.
   Çempionat 22.06.2022-ci il tarixində Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində baş tutacaq. İdman yarışı zamanı 4 çəki üzrə müəyyənləşəcək qaliblərə qiymətli hədiyyələr, diplom və medallar təqdim olunacaq.
   Yarışın qeydiyyatı 22.06.2022-ci il tarixində saat 08:30-dan başlayacaq. Gücünü sınamaq istəyən hər kəs dəvətlidir.




Baxılıb: 271