Narkotiklərin ziyanı ilə bağlı “Bakcell” abunəçilərinə SMS-bildiriş göndərilməyə başlanılıb

    Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi birgə əməkdaşlığı ilə cari ilin 20 iyun tarixindən etibarən əhalini narkotiklərin ziyanı ilə bağlı məlumatlandırmaq məqsədi ilə “Bakcell” MMC-nin abunəçilərinə SMS şəklində zəruri bildirişin (Narkotiklər haqqında həqiqəti öyrənək və birlikdə mübarizə aparaq! Qaynar xətt 802) göndərilməsinə başlanılıb.

    SMS-lər mərhələli qaydada 5 gün ərzində təqribən 2 milyondan çox abunəçiyə ünvanlanması nəzərdə tutulur.




Baxılıb: 971