26 iyun BMT-nin “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü” ilə əlaqədar “Sağlam gələcəyi seç – Bizdən biri ol!” şüarı altında YAP fəallarının iştirakı ilə Nəsimi rayonunda fləşmob keçirilib.
Nəsimi rayonunda yerləşən stadionda 170-dən çox gəncin iştirakı ilə keçirilən fləşmobda yaşıl və ağ rəngli karton lövhələrdən “Sağlam gələcəyi seç – Bizdən biri ol!” şüarları yaradılıb.
Qeyd edək ki, fləşmob Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında imzalanan tədbirlər planına uyğun olaraq hazırlanıb.