İctimai maarifləndirmə tədbirlərinin əhatəsinin genişləndirilməsi məqsədi ilə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Azərbaycan Dövlət Reklam Agentliyi ilə əmədaşlığı çərçivəsində “802 qaynar xətt”, “Narkotik sərhədsiz fəlakətdir” adlı videoçarxların cari ilin 25 iyun tarixindən etibarən Bakı şəhərinin Dilarə Əliyeva, Yusif Səfərov, Səməd Vurğun, Landau, Atatürk, Azadliq, Neftçilər və digər küçə və prospektlərində mövcud olan elektron reklam lövhələrində nümayişinə başlanılıb və uzun müddət yayımlanması nəzərdə tutulub.