"Azərfon" abunəçilərinə narkotiklərin ziyanı ilə bağlı maarifləndirmə xarakterli 2 milyona yaxın SMS-bildiriş göndərilib

    Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə əməkdaşlığı ilə iyun ayı ərzində ictimai maarifləndirmə tədbirlərinin təşkili ilə əlaqədar sağlam həyat tərzinin təbliği və narkotiklərin ziyanına dair əhalini məlumatlandırmaq məqsədilə  "Azərfon" abunəçilərinə SMS formasında zəruri bildiriş göndərilib.

     Bildiriş SMS-lər (Narkotiklər haqqında həqiqəti öyrənək və birlikdə mübarizə aparaq! Qaynar xətt 802) mərhələli qaydada 1967209 milyon abunəçiyə ünvanlanıb.

 




Baxılıb: 676